Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin “Qalatasaray” klubunun keçmiş prezidenti, iş adamı Mustafa Cengizin vəfatı ilə əlaqədar mərhuma rəhmət diləyib, ailəsinə, yaxınlarına, “Qalatasaray” azarkeşlərinə və bütün idman ictimaiyyətinə başsağlığı verib.
“İki sahil” xəbər verir ki, tviterdə paylaşım edən Türkiyə Prezidenti M.Cengizin vəfatından dərin kədərləndiyini qeyd edib.