28 noyabr 2021 18:02
919

"Zirə" 2-ci pilləyə darmadağınla yüksəldi

Azərbaycan Premyer Liqasında 12-ci turu çərçivəsində “Sumqayıt” “Zirə”ni qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşma “Zirə”nin 0-3 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların qollarını 14-cü dəqiqədə Təmkin Xəlilzadə penaltidən, 28-ci dəqiqədə Qismət Alıyev və 79-cu dəqiqədə Coşqun Diniyev vurublar.

28 noyabr (bazar)

16:00. “Sumqayıt” 0–3 “Zirə”

Qollar: Təmkin Xəlilzadə, 14 pen. (0:1), Qismət Alıyev, 28 (0:2), Coşqun Diniyev, 79

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan Həmzəzadə

“Kapital Bank Arena”