28 noyabr 2021 15:15
874

Sergen Yalçın "Beşiktaş"dan ayrılır?

Sergen Yalçın "Beşiktaş" klubunun baş məşqçisi vəzifəsindən ayrılır.

“İki sahil” xəbər verir ki, 49 yaşlı mütəxəssis klub prezidenti Ahmet Nur Çebi ilə bugünkü görüşdə istefa ərizəsini təqdim edəcək.

İstanbul təmsilçisinin rəhbərliyi baş məşqçinin istefasını qəbul edərsə, onunla yollar ayrılacaq.

Qeyd edək ki, cari mövsümün sonunadək "Beşiktaş"la müqaviləsi olan Sergen Yalçın uğursuz nəticələrə görə postunu tərk etmək istəyir.