28 noyabr 2021 13:33
1090

Lionel Messi imicini niyə dəyişib? FOTO

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi imicini dəyişib.

“İki sahil” xəbər verir ki, argentinalı hücumçu saqqalını kəsdirib. 34 yaşlı forvardın "Qızıl top" mükafatının fotosessiyası üçün xarici görünüşə əl gəzdirdiyi iddia olunur.

Daha əvvəl "El Chiringuito" və "Calciomercato" nəşrlərinin müəllifləri Yozep Pedrerol və Matte Moreno "France Football" nəşrinin təsis etdiyi mükafata məhz Messinin layiq görüldüyünü yazıblar.

Qeyd edək ki, qalibin adı noyabrın 29-da Fransanın paytaxtı Parisdə açıqlanacaq.