25 noyabr 2021 18:34
1079

Gimnastımız qızıl medal qazandı

Azərbaycan gimnastı Maqsud Maqsudov Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 13-14 yaş qrupu kişilər arasında batut üzərində hərəkətlərdə qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki,   o, 56.200 xal toplayaraq yarışların qalibi olub.

İkinci yeri 54.630 xalla Vitali Çivyaqa (Rusiya), üçüncü yeri 54.345 xalla Lev Busaryov (Rusiya) tutub.

Qeyd edək ki, 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.