“Bu gözəl xatirə futbol tarixində qalacaq”
“İki sahil” xəbər verir ki, PSJ-nin hücumçusu Lionel Messi “Mançester Yunayted”də çıxış edən həmkarı Kriştianu Ronaldu haqqında danışıb.
“Kriştianunun oyunu haqqında nə düşünürəm? “Yunayted” çox güclü komandadır, əla oyunçuları var. Ronaldu artıq klubu tanıyırdı, lakin bu, başqa dövrdə idi. O, indi çox yaxşı uyğunlaşıb. Həmişəki kimi əvvəlcədən qollar vurdu və adaptasiya problemi yaşamadı. Premyer Liqada işlər o qədər də sadə deyil, hər an hər şeyin dəyişə biləcəyi çox çətin turnirdir. Xüsusilə dekabrdan sonra vəziyyət dəyişir, o zaman hər şey ola bilər.
Ronaldo ilə üz-üzə oyunlar üçün darıxıram? Uzun müddətdir ki, eyni liqada çıxış etmirik. Eyni hədəflər uğrunda həm fərdi, həm də komanda səviyyəsində rəqabət aparırdıq. Bu, bizim üçün, azarkeşlər üçün çox gözəl xatirə idi və bu gözəl xatirə futbol tarixində qalacaq”, - deyə Messi bildirib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB