“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-yə rəhbərlik edə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. İddiaya görə, Paris klubunun futbolçuları hesab edirlər ki, 49 yaşlı mütəxəssis yaxın vaxtlarda komandaya baş məşqçi təyin olunacaq.
Bildirilir ki, futbolçular arasında söhbətdə Zidanın adı tez-tez hallanır. Onlar klubda baş verənlərdən məlumatlıdırlar və yaxın vaxtlarda dəyişikliyin baş verəcəyini gözləyirlər.
Yayılan xəbərlərə görə, PSJ-nin hazırkı baş məşqçisi Maurisio Poçettino “Mançester Yunayted”ə keçəcək. Onu isə hazırkı vəzifəsində Zidan əvəzləyəcək.
Xatlrladaq ki, hazırda PSJ 37 xalla Fransa Liqasında liderdir.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB