Fransada klublararası güləş çempionatı start götürüb.
“İki sahil” xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib.
87 kq çəki dərəcəsində mübarizə aparan idmançı 2 görüş keçirib. Əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanan Abbasov daha sonra erməni güləşçi Edqar Xaçatryanı məğlub edib - 6:3. Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.
Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB