Fransa Peşəkar Futbol Liqası (LFP) "Lion" klubunun stadionunu azarkeşlər üçün müvəqqəti olaraq bağlayıb.
“İki sahil” xəbər verir ki, buna sözügedən komandanın evdə "Marsel"ə qarşı keçirdiyi Liqa 1-in XIV tur oyununda baş vermiş insident səbəb olub.
Matçın gedişində yerli fanatlardan birinin meydana atdığı su şüşəsi künc zərbəsini yerinə yetirmək istəyən qonaq komandanın yarımmüdafiəçisi Dmitri Payetin başına dəyib. Nəticədə referi görüşü dayandıraraq komandaları paltardəyişmə otağına göndərib. Daha sonra qarşılaşma təxirə salınıb.
Həmin epizodu araşdıran LFP məsələ ilə bağlı yekun qərarını dekabrın 8-də verəcək. Belədə, "Lion" dekabrın 1-də "Reyms"lə çempionat oyununu azarkeşsiz keçirməli olacaq.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB