22 noyabr 2021 12:59
896

Zidan "Mançester Yunayted"in təklifini niyə qəbul etməyib?

İspaniya "Real Madrid"inin sabiq baş məşqçisi Zinəddin Zidan İngiltərənin "Mançester Yunayted" futbol komandasının sükanı arxasına keçməkdən imtina edib.

“İki sahil” xəbər verir ki, 49 yaşlı mütəxəssis təklifi iki səbəbdən qəbul etməyib. Bunlardan biri fransalı keçmiş yarımmüdafiəçinin ingilis dilini pis bilməsi, digəri isə həyat yoldaşının İngiltərəyə köçmək istəməməsidir.

Zidanın gələcəkdə PSJ və ya Fransa millisinin baş məşqçisi olmağı arzuladığı bildirilir.