21 noyabr 2021 22:09
864

"Fənərbağça" əzəli rəqibini məğlub etdi

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşib.

"İki sahil"in məlumatına görə, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında baş tutan prinsipial qarşılaşma ölkə çempionatının XIII turuna təsadüf edib. "NEF Stadionu"nda keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Oyunu Halil Umut Meler idarə edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, iki kollektivin indiyədək Superliqada 129-cu qarşılaşması olub. Bunların 35-də meydan sahibləri, 51-də isə qonaqlar qələbə qazanıblar. 43 qarşılaşma heç-heçə başa çatıb.