Almaniya "Bavariya"sının futbolçuları Serj Qnabri, Camal Musiala, Erik Şupo-Motinq və Mikael Kyuizans karantinə alınıb.
“İki sahil” xəbər verir ki, buna səbəb oyunçuların koronavirusa yoluxmuş şəxslə təmasda olmalarıdır.
Onlar yerli səhiyyə orqanlarının qaydalarına uyğun olaraq təcrid ediliblər.
Qeyd edək ki, "Bavariya" Bundesliqanın son turunda "Auqsburq"a 1:2 hesabı ilə uduzaraq, cari mövsümdə 2-ci məğlubiyyətini alıb. Hazırda 28 xalla turnir cədvəlinə başçılıq edən Münhen təmsilçisi növbəti oyununu noyabrın 23-də Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandasına qarşı keçirəcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB