"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev cəzalı duruma düşüb.
“İki sahil” xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin "Qəbələ"yə qarşı Premyer Liqanın XI tur matçında sarı vərəqə görməsi səbəb olub. Cari mövsümdə 4-cü dəfə rəsmi xəbərdarlıq alan Azərbaycan millisinin üzvü "Zirə" ilə XII tur görüşündə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" matçında hazırda ilk hissə oynanılır və hesab açılmayıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB