"Medal qazanacağıma əmin idim. Çünki özümü texniki cəhətdən sakit hiss edirdim. Məşqçim dedi ki, onsuz da ikinci olacaqsan. Dostlarımı pis vəziyyətdə qoymaq istəmədim. Hamısına söz vermişdim. Toparlandım və yekunda 2-ci yeri tutdum".
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanması barədə danışarkən deyib.
25 yaşlı idmançı 2 ay ərzində yarışa ciddi hazırlaşdığını bildirib: "Sadəcə, çiynimdəki zədəyə görə çətinliklərim oldu. Hər addım, hər medal, hər hadisə sənin üçün yeni təcrübədir. Sadəcə, dişlərini sıxıb, sonadək mübarizə aparmalısan".
Avropa çempionu zədə səbəbindən 25 - 28 noyabrda Bakıda təşkil olunacaq batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarına qatılmayacağını söyləyib: "Çiynimdəki zədəni sağaltmaq istəyirəm. Buna görə də qarşıdakı yarışda sadəcə, Milli Gimnastika Arenasına gəlib komanda yoldaşlarıma dəstək olacağam".
Malkin pandemiya dövründə məşq etməyin çətinliklərindən də söz açıb: "Pandemiya vaxtı zala buraxmırdılar. Amma mən həyətdə, küçədə məşq edirdim. Açığı, zal açılandan sonra tullanmağa bir az qorxurdum. Amma sonra gördüm ki, hazırda əvvəlkindən də güclüyəm".
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB