Bu gün Bakıda Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının qalibləri və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, qadınlar arasında ikili mini-batut üzərində tullanışlar proqramında qızıl medalı isveçli Lina Syoeberq, gümüş medalı ABŞ təmsilçisi Şelbi Nouhara, bürünc medalı isə ispaniyalı Melaniya Rodriqes alıblar.
Kişilər arasında tamblinq proqramı üzər birinci yeri rusiyalı Aleksand Lisitsin, ikinci yeri Azərbaycan təmsilçisi Mixail Malkin, üçüncü yeri isə ABŞ idmançsı Kaden Braun tutublar.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB