Dubayda keçirilən karate üzrə dünya çempionatının son günündə - noyabrın 21-də kumite üzrə komandamız bürünc medal uğrunda mübarizə aparacaq.
“İki sahil” xəbər verir ki, Azərbaycan yığması Özbəkistan komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz İrina Zaretska qızıl medala layiq görülüb. Bununla da o, dünya çempionatının ikiqat qalibi titulunu qazanıb.
Daha bir idmançımız - Asiman Qurbanlı (+84 kq) isə turnirdə üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan çempionata 17 karateçi ilə qatılıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB