"Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşeri istefaya göndərəcəyi dəqiqləşib.
“İki sahil” xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib. O, klub sahibi Coel Qleyzerin Sulşerin qovulmasına razılıq verdiyini bildirib.
Norveçli mütəxəssislə qarşılıqlı razılıq əsasında yolların ayrılması ilə bağlı rəsmi açıqlama artıq hazırdır.
Bildirilib ki, “Mançester Yunayted”in texniki direktoru Darren Fletçer və məşqçi Maykl Karrik Sulşerin əvəzləyicisi tapılanadək komandaya müvəqqəti rəhbərlik edəcək.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 12-ci turunda "Uotford"a 1:4 hesabı ilə uduzub. "Qırmızı şeytanlar" hazırda 17 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB