Bu gün – noyabrın 21-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında son turun qarşılaşmaları oynanılacaq.
“İki sahil” xəbər verir ki, doqquzuncu turda kişilərdən ibarət komandamız Fransa yığması ilə qarşılaşacaq. Qadın şahmatçılarımız isə Niderland təmsilçiləri ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, kişilərdən ibarət komandamız 12 xalla liderlər qrupunda mübarizə aparır. Qadın yığmamız isə 10 xalla 4-9-cu yerləri bölüşür.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB