21 noyabr 2021 10:58
823

Mbappe karyerasının ən sürətli qolunu vurdu

PSJ-nin futbolçusu Kilian Mbappe Fransa çempionatında 14-cü turunda "Nant"la görüşdə karyerasında ən sürətli qolunu vurub.

“İki sahil” xəbər verir ki, ötən gün keçirilən görüşün start fitindən 1 dəqiqə 41 saniyə sonra rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Mbappe Liqa 1-də bu mövsüm 13 oyunda 8 qol vurub.