Bu gün Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatına yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, çempionatın sonuncu günündə kişi və qadın batutçular final mərhələsində güclərini sınayacaqlar. Eləcə də qadınlar arasında ikili mini-batut üzrə yarışda mükafatçılar bəlli olacaq.
Azərbaycan tamblinqçisi Mixail Malkin də finalda mübarizə aparacaq. Kişilərin yarışında M.Malkin ilə yanaşı, finalda Rusiya Gimnastika Federasiyasının nümayəndələri Aleksandr Lisitsin, Vadim Afanasev, ABŞ təmsilçisi Kaden Braun, Böyük Britaniya gimnastları Uilliam Koven, Kristof Uilerton, danimarkalı Martin Abildqaard və Adam Matthiesen çıxış edəcəklər.
Dünya çempionatına komanda hesabında çoxnövçülük yarışları ilə yekun vurulacaq.
Xatırladaq ki, dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB