21 noyabr 2021 10:07
817

İbrahimoviç bunu da bacardı

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç  yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, isveçli forvard A seriyasının son turunda "Fiorentina" ilə səfər matçında dubl edib. Bununla da o, A seriyasında dubl edən ən yaşlı oyunçu kimi turnirin tarixinə düşüb. Zlatan bunu 40 yaş 48 günlüyündə bacarıb.

Qeyd edək ki, görüş "Fiorentina"nın 4:3 hesablı qələbəsi ilə başa çatıb və bu, "Milan"ın mövsümdə ilk məğlubiyyəti olub.