21 noyabr 2021 00:39
858

AÇ: Şahmatçılarımız heç-heçə oynayıb

Sloveniyada keçirilən komandalar arasında şahmat üzrə Avropa çempionatında Qadınlardan ibarət komandamız səkkizinci turda Macarıstan yığması ilə heç-heçə oynayıb – 2-2.

“İki sahil” xəbər verir ki, şahmatçılarımızdan Gövhər Beydullayeva rəqibi üzərində qələbə qazanıb, Günay Məmmədzadə, Gülnar Məmmədova heç-heçə ediblər, Xanım Balacayeva isə məğlub olub.

Kişi şahmatçılarımız isə səkkizinci turda Ukrayna yığması ilə qarşılaşıblar və görüş heç-heçə başa çatıb.

Qeyd edək ki, Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.