Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 29-cu ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq YAP İsmayıllı rayon təşkilatı İsmayıllı Rayon Uşaq-Gənclər Şahmat Məktəbi ilə birgə şahmat turniri keçirib.
“İki sahil” xəbər verir ki, tədbirdən əvvəl YAP İsmayıllı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Sevil Əhmədova və rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Nəriman Alıyev çıxış edərək YAP-ın ölkəmizin həyatında oynadığı roldan danışıblar.
Qeyd edilib ki, əsası 1992-ci ilin noyabrında Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi dünyanın nüfuzlu partiyalarından birinə çevrilib. 760 mindən çox üzvü olan YAP ötən 29 ildə çətin və şərəfli yol keçib.
Sonra Azərbaycanda şahmatın zəngin inkişaf tarixi barədə danışan natiqlər ölkəmizdə böyük şahmatçıların yetişdiyini bildirərək qeyd ediblər ki, şahmatın sürətlə inkişaf etməsi, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik etməyə başlamasından sonra geniş vüsət alıb.
Prezident İlham Əliyevin də şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdıran natiqlər dövlət başçısının bu məqsədlə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında sərəncamlar imzaladığını, bütün bunların Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaratdığını vurğulayıblar. Şahmatın maddi-texniki bazasının gücləndirilməsi, şahmatçılara göstərilən dövlət qayğısının nəticəsidir ki, şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə çoxalmaqdadır.
Turnirin yekununda qaliblərə YAP İsmayıllı rayon təşkilatının və İsmayıllı Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB