20 noyabr 2021 20:20
1076

“Neftçi” doğma meydanda “Sabah”a uduzdu

Azərbaycan Premyer Liqasında 11-ci turu çərçivəsində “Sabah” “Neftçi”nin qonağı olub.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 33-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Ramon Maçado hesabı açıb.

Matçın 53-cü dəqiqəsində Coy-Lens Mikels hesabı bərabərləşdirib. O 69-cu dəqiqədə dubl edərək “Sabah”ı hesabda önə çıxardı.

Qarşılaşma bu hesabla da başa çatıb.

20 noyabr (şənbə)

18:15. “Neftçi” 1–2 “Sabah”

Qol: Ramon Maçado, 33 (1:0), Coy-Lens Mikels, 53 (1:1), 69 (2:1)

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev

Bakcell Arena