Azərbaycan Premyer Liqasında 11-ci turu çərçivəsində "Zirə" Zirə İdman Kompleksinin stadionunda "Səbail"i qəbul edib.
“İki sahil” xəbər verir ki, görüşün 23-cü dəqiqəsində vurduğu qolla Qismət Alıyev “Zirə”ni hesabda önə çıxarıb. 47-ci dəqiqədə isə Davit Volkov komandasının ikinci qolunu vurub. Qarşılaşmanın 74-cü dəqiqəsində Loris Broqno hesab arasındakı fərqi 3 topa çatdırıb.
Matçın 87-ci dəqiqəsində Rauf Əliyev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək “Səbail”in təsəlli qolunu vurub. Görüşdə başqa qol vurulmayıb.
20 noyabr (şənbə)
16:00. “Zirə” 3–1 “Səbail”
Qollar: Qismət Alıyev, 23 (1:0), Davit Volkov, 47 (2:0), Loris Broqno, 74 (3:0), Rauf Əliyev, 87 pen. (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB