Rusiya millisinin yarımmüdafiəçisi Roman Zobnin Moskva "Spartak"ının rəhbərliyindən maaşının azaldılmasını istəyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın tanınmış idman jurnalisti İlya Kazakov öz "Telegram" kanalında məlumat yayıb.
"Gözlənilməz bir addımdır. Mənim üçün buna inanmaq çox çətindir. Zobnin "Spartak" rəhbərliyinə yaxınlaşaraq maaşının azaldılmasını istəyib. O, bunu haqq etdiyindən daha çox maaş alması ilə əlaqələndirib. Daha əvvəl isə mətbuatda Zobinin bir ələ 3-3,3 milyon avro maaş aldığı açıqlanırdı", - deyə jurnalist vurğulayıb.
İndi isə futbolçu üç illik müqaviləyə əsasında ilinə iki milyon avro alacaq.
"Spartak" klubunun rəhbərliyi isə bu xəbəri şərh etməkdən imtina edib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB