19 noyabr 2021 19:34
936

Rusiya komandası ikili mini-batut üzərində hərəkətlərdə dünya çempionu oldu

Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında kişilər arasında ikili mini-batut üzərində hərəkətlərdə komanda hesabında Rusiya qalib gəlib.

“İki sahil” xəbər verir ki, 115.800 xal toplayan Rusiya komandası qızıl medallara layiq görülüb.

İkinci yeri 111.300 xalla Portuqaliya, üçüncü yeri 108.700 xalla İspaniya tutub.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.