Gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa çempionatının qalibləri və onların məşqçiləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, F.Qayıbov gənc idmançıları təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov iştirak ediblər.
Xatırladaq ki, Bosniya Herseqovinada keçirilmiş qitə birinciliyində Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənov (42 kq) qızıl, Pünhan Mürsəlov (45 kq) bürünc medal qazanıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB