AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusu Elgün Bayramovu 4 oyunluq cəzalandırıb.
“İki sahil” Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, buna 18 yaşlı qapıçının "Qaradağ Lökbatan"a qarşı I Divizionun VIII tur oyunundan sonra hakimlər briqadasını təhqir etməsi səbəb olub.
Ordu klubu bunun üçün 320 manat məbləğində cərimələnib.
Bundan əlavə, hər iki komandanın 4 oyunçusu görüşdə sarı vərəqə alıb. Tərəflər bu səbəbdən əlavə 80 manat ödəyəcəklər.
Qeyd edək ki, qarşılaşma "Qaradağ Lökbatan"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB