19 noyabr 2021 08:45
1295

APL: "Keşlə" "Qarabağ"a qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turu çərçivəsində "Qarabağ" "Keşlə"ni qəbul edəcək.

“İki sahil” xəbər verir ki, Saat 19:00-da “Azersun Arena”da başlayacaq qarşılaşma Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov və Kamranbəy Rəhimovdan ibarət hakimlər briqadası tərəfindən idarə ediləcək.

Matçın Hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi isə Bəhram Qurbanov olacaq.

Azərbaycan Premyer Liqası, XI tur

19 noyabr (cümə)

19:00. “Qarabağ” – “Keşlə”

Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“Azersun Arena”