"Barselona" yeni transferi Dani Alvesə qiymət qoyub.
“İki sahil” xəbər verir ki, 38 yaşlı müdafiəçinin Kataloniya təmsilçisi ilə imzaladığı müqavilədə onun təzminat qiyməti 100 milyon avro təşkil edib. Beləliklə, braziliyalı oyunçunun almaq istəyən klub bu məbləği ödəməli olacaq.
Qeyd edək ki, "Barselona"ya azad agent kimi keçən Alves sabiq klubu ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb. O, Kataloniya təmsilçisi ilə matçlarda 2022-ci ilin yanvarından iştirak edə biləcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB