Milli Gimnastika Arenasında xoş, gözəl mühit hökm sürür.
Bunu "İki sahil"ə Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının iştirakçıları, britaniyalı gimnastlar Brayonu Peyc və Luiza Braunsey deyib.
"Bakıda dünya çempionatının təşkilatçılığı çox yaxşıdır, hər bir idmançı üçün bütün şərait yaradılıb. Burada yaxşı gimnastika alətləri var. Milli Gimnastika Arenası özü böyük və gözəldir, burada çıxış etmək çox xoşdur" - deyə, gimnastlar bildirib.
Onlar yarışları səbirsizliklə gözlədiklərini deyib: "Biz çıxışlardan zövq aldıq, bu cür gimnastika arenasında çıxış etmək çox gözəldir".
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək.
4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB