"Neftçi" Türkiyədən icarə əsasında gənc futbolçu gətirmək layihəsini davam etdirmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, Mert Çelikin performansından məmnun qalan "ağ-qaralar" qardaş ölkədən daha bir oyunçuya elçi düşüb.
Paytaxt təmsilçisi bu dəfə "Fənərbaxça"nın hücumçusu Serhat Ahmetoğlu ilə maraqlanır. "Sarı-lacivərdlilər"in yetirməsi olan 19 yaşlı forvard hazırda icarə əsasında Super Liqanın digər təmsilçisi "Fatih Karagümrük"ün formasını geyinir.
Yay fasiləsində "Fatih Karagümrük"ə birillik icarəyə verilən Serhat cari mövsüm Super Liqanın cəmi 3 matçında meydana çıxıb. Bu isə futbolçusunu oyun praktikası toplaması üçün İstanbulun digər komandasına göndərən "Fənərbaxça" rəhbərliyini narahat edir. "Neftçi" Türkiyənin U-15 və U-18 yığmalarında oynamış Ahmetoğlunu icarəyə götürməyi nəzərdən keçirir.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB