Astara şəhərindəki “Zirvə” Beynəlxalq İdman Klubunun multifunksional və universal basketbol arenasında Azərbaycan Budo Döyüş Federasiyasının, Astara Rayon Gənclər və İdman İdarəsinin, Astara Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş budo döyüş növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən klublar arası açıq turnir başa çatdı. Gərgin idman şəraitində keçən turnirdə Astara, Horadiz, Füzuli, Lənkəran rayonlarının və Bakı şəhərinin idman klublarının 123 idmançı fəxri yerlər uğrunda çətin mübarizə apardılar. İki gün davam edən turnirdə idmançılar beynəlxalq budo döyüş qaydalarına uyğun olaraq Semi kontakt, Full kontakt, Free kontakt, Submisson döyüş sistemlərində müxtəlif yaş, eləcə də çəki dərəcələri üzrə qüvvələrini göstərdilər.
Döyüş meydanı qalib tərk edən idmançılara Azərbaycan Budo Döyüş Federasiyasının, Astara Rayon Gənclər və İdman İdarəsinin, Astara Rayon Polis Şöbəsinin təsis etdiyi diplomlar və medallar təqdim olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB