14 sentyabr 2021 11:27
898

Ronaldodan təşəkkür

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 4-cü turunda "Nyukasl Yunayted"lə matçda (4:1) "Old Trafford"da səmimi qəbula görə klubun azarkeşlərinə təşəkkür edib.

“İki sahil” xəbər verir ki, bu barədə o, özünün "İnstagram" hesabında yazıb: "Çempionlar Liqası matçı üçün yaxşı əhval-ruhiyyədəyik. Azarkeşlərimizə göstərdikləri gözəl qarşılama üçün təşəkkür edirəm. İşimizi bir az asanlaşdıran inanılmaz atmosfer və dəstəkdir. Yaxşı əhval-ruhiyyəni saxlamaq üçün əlimizdən gələni edəcəyik!".

Qeyd edək ki, "Mançester Yunayted" bu gün Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Yanq Boyz"un qonağı olacaq.