FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
"İki sahil" qurumun saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində “Midtüllan” (Danimarka) – “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasını idarə edəcək. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, görüş sentyabrın 16-da Herninq şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.