13 sentyabr 2021 12:44
867

İbrahimoviç ardıcıl 24 mövsüm...

A seriyasını 3-cü turunda "Latsio" ilə matç "Milan"ın futbolçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub. 

“İki sahil” xəbər verir ki, bu barədə "Gracenote" məlumat yayıb. 39 yaşlı hücumçu sözügedən görüşdə (2:0) fərqlənməklə karyerasında ardıcıl 24-cü mövsümdə qol hesabını açmağı bacarıb. O, ötən 23 mövsümün hər birində qol vurub. 

Qeyd edık ki, İbrahimoviç karyerası ərzində "Barselona", PSJ, "İnter", "Mançester Yunayted", "Los Ancles Qelaksi" kimi klublarda oynayıb.