13 sentyabr 2021 11:04
836

"Liverpul"un futbolçusu əməliyyat olunacaq

"Liverpul"un futbolçusu Harvi Elliott zədələnib. 

“İki sahil” xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ötən gün Premyer Liqanın 4-cü turunda "Lids Yunayted"lə matçda sıradan çıxıb. O, ayağndan ağır zədə alıb. Oyunçunun 2 gün sonra əməliyyat olunacağ bildirilib.

Qeyd edək ki, Elliott 2019-cu ildən "Liverpul"da oynayır.