Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vuruldu.
“İki sahil” xəbər verir ki, günün son matçında “Neftçi” “Qarabağ”ı qəbul edib.
“Bakcell Arena”da keçirilən qarşılaşmanın 21-ci dəqiqəsində Vadji İbrahimanın vurduğu qolla “Qarabağ” hesabda önə çıxıb – 0-1. V.İbrahima 45-ci dəqiqədə dubl edərək komandasının üstünlüyünü 2 topa çatdırıb.
“Neftçi” 47-ci dəqiqədə Emin Mahmudovun vurduğu qolla hesab arasındakı fərqi azaldıb – 1-2.
Matçda əlavə qol vurulmadı.
12 sentyabr
Azərbaycan Premyer Liqası, 3-cü tur
20:30. “Neftçi” 1–2 “Qarabağ”
Qol: Vadji İbrahima, 21 (0:1,, 45 (0:2), Emin Mahmudov, 46 (1:2)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu
“Bakcell Arena”.