12 sentyabr 2021 20:04
1336

"Səbail"dən qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Səbail"in qonağı olub.

Cabir Əmirlinin 64-cü dəqiqədə vurduğu qol matçın taleyini həll edib.

Oyun "Səbail"in qələbəsi ilə başa çatıb.

 12 sentyabr

Azərbaycan Premyer Liqası, 3-cü tur

18:00. “Səbail” 1–0 “Sumqayıt”

Qol: Cabir Əmirli, 64

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev

“ASCO Arena”.