11 sentyabr 2021 19:57
1095

"Qəbələ" qələbə qazandı

Azərbaycan Premyer Liqasında bu gün 3-cü tura start verilib.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə  “Sabah” “Qəbələ”ni qəbul edib.

Oyun qonaqların qələbəsi ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası, 3-cü tur

18:00. “Sabah” – “Qəbələ” - 0:2

Qol: Akokpo,53, Ülvi İsgəndərov, 90+3

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

“Bank Respublika Arena".