10 sentyabr 2021 18:02
1275

Ukrayna millisinin sabiq futbolçusu 27 yaşında vəfat etdi

Ukraynanın “Metallist” klubunun sabiq futbolçusu Denis Barvinko vəfat edib.

“İki sahil” xəbər verir ki, keçmiş müdafiəçi 27 yaşında dünyasını dəyişib. Barvinkonun ölüm səbəbi açıqlanmayıb.

Barvinko 2011-2014-cü illər aralığında Ukraynanın “Metallist” (Xarkov) klubunda çıxış edib. O, Ukraynanın U-21 yığmasında 1, U-19-da 2, U-20-də isə 1 oyuna çıxıb.