10 mart 2021 14:58
1499

Mart ayı haqqında maraqlı faktlar

Mart ayı soyuqların bizi tərk etmədiyi, amma eyni zamanda da günəşin özünü göstərməyə başladığı aydır. İsti ilə soyuğun arasında qalmış, bəzi şəhərlərdə qar yağarkən, bəzilərində də güllər açan aydır.

Adı Qədim Romadan gəlir
Qədim Romada mart ayının adı, Roma müharibə tanrısı olan “Martius” idi. Bu ay, müharibəyə başlamaq üçün uğurlu ay sayılırdı. Roma təqviminin ilk ayı idi.

Mart ayının adı bir çox dildə eyni və ya oxşardır
Mart ayının adı bir çox dildə eyni və ya oxşardır. Məsələn, März (Maerz) (Almanca), Mars (Fransızca), Maris (Ərəbcə), Marzo (İspanca), Marzo (İtaliyanca), March (İngiliscə) ve Maart (Hollandca).

İlk bahar mart ayında başlayır
Martın 21-ində bahar ekinoksu gerçəkləşir. 21 martda Günəş işıqları Ekvatora dik olaraq düşür. Gündüz ilə gecə bərabərləşir, ölkəmizdə də həmin gün Novruz bayramı kimi qeyd olunur.

Hər il mart və iyun ayları həftənin eyni günündə bitir
Məsələn, bu il həm martın 31-i həm də iyunun 30-u çərşənbə axşamına təsadüf edir.

Qış yuxusundakı heyvanlar mart ayında oyanmağa başlayır
Qış yuxusuna yatmış heyvanlar martda oyanmağa başlayır.

Mart ayı cənub yarımkürəsində sentyabr ayının əksidir
Şimal yarımkürəsində mart baharın gəlişini təmsil edir, cənub yarımkürəsində isə sentyabr ayı baharın gəlişidir.

Statistikaya əsasən mart ayı ABŞ-da ən gəlirsiz aydır
ABŞ-da NBA sezonunun başlaması səbəbi ilə şirkətlər bütün gəlirlərini “March Madness” adlı oyunlara yatırır.

Mart ayında doğulmusunuzsa, doğum çiçəyiniz nərgiz gülüdür

Tvitterin yaranma ayı martdır
Tvitter Jack Dorsey tərəfindən 21 mart 2006-cı ildə qurulub.

İlk telefon danışığı mart ayında gerçəkləşib
10 mart 1876-cı ildə Alexander Graham Bell ilk telefon danışığını həyata keçirib. Danışdığı ilk insan köməkçisi idi və ona “Mister Vatson, bura gəl. Səni görmək istəyirəm” deyib.

Röya Rasimqızı, "İki sahil"