04 iyun 2025 14:04
278

SOCAR Qazaxıstanın Assosiasiyası ilə korporativ dəyərlərlə bağlı əməkdaşlığı müzakirə edib FOTO

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın Biznes, Cəmiyyət və Dövlətlə Əlaqələr Assosiasiyası ilə korporativ dəyərlərlə bağlı əməkdaşlıq imkanları müzakirə edib.

Bu barədə “İki sahil”ə SOCAR-dan məlumat verilib.

Bu barədə müzakirələr SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ilə Qazaxıstanın Biznes, Cəmiyyət və Dövlətlə Əlaqələr Assosiasiyasının prezidenti Ayjan Uteuova arasında keçirilən görüşdə aparılıb.

Görüşdə neft-qaz sektorunda inklüzivliyin əhəmiyyəti vurğulanıb, bu xüsusda SOCAR-da həyata keçirilən “Qadın Liderlər” və “Gənc İstedadlar” proqramlarından, qadın təşəbbüslərinin innovativ həllərlə dəstəklənməsi ilə bağlı görülən işlərdən danışılıb.

Qonaqlara, həmçinin SOCAR-ın korporativ dəyərləri haqqında məlumat verilib, bu istiqamətdə birgə əməkdaşlıq imkanları müzakirə edilib.