Bir sıra nüfuzlu xəbər portalları – Misirin “Nile-1”, “Asiaelyoum”, Əlcəzairin “Dzayerinfo”, İraqın “İraq News”, Çinin “Alharir”, Mərakeşin “Banassa”, Özbəkistanın “Azculture.uz”, İspaniyanın “Turaz.es” saytı Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” yazısına öz səhifələrində yer ayırıb.
"İki sahil" xəbər verir ki, tarixi faktlara istinadən hazırlanmış yazı Azərbaycanın yaxın keçmişində baş vermiş faciəvi hadisədən – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrinin paytaxt Bakıda və respublikanın digər bölgələrində dinc əhaliyə qarşı törətdikləri qətliamdan, insanlığa sığmayan vəhşiliklərdən bəhs edir.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib