20 yanvar 2021 14:37
560

Yetər Bədəlova: Bu gün 20 Yanvar şəhidlərinin ruhları şaddır - FOTO

“Müstəqil Azərbaycan dövləti, ölkə Prezidenti  tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə olduğu kimi, 1918-ci ilin mart soyqırımı, 1990-cı ilin 20 Yanvar faciəsi, 1992-ci ilin Xocalı qırğınları kimi başımıza gətirilən müsibətlərin unuldulmamasına və beynəlxalq ictimaiyyətə çatdırılmasına da  xüsusi diqqət göstərir, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında paytaxt sakini Yetər Bədəlova deyib.

Y.Bədəlova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanında əsaslı yenidənqurma və təmir işlərinin görülməsi bunu bir daha təsdiqləyir: “Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının əziz xatirəsini  ehtiramla yad edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. 2020-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda həyata keçirdiyi hərbi əməliyyatlar zəfərlə nəticələndi. Bu gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən də 20 Yanvar şəhidlərinin ruhları şaddır.”

Şəmsiyyə Əliqızı, “İki sahil”