20 yanvar 2021 14:01
778

Zakari Qross 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Fransanın Azərbaycandakı səfiri Zakari Qross 20 Yanvar faciəsi ilə bağlı "Twitter" hesabında paylaşım edib.

"İki sahil" xəbər verir ki, fransalı diplomat "1990-cı ilin bu günü Sovet qoşunları Bakıda kütləyə atəş açdı. 130-dan çox dinc nümayişçi və ətrafda olan insanlar öldürüldü. İki ildən az müddət sonra Azərbaycan Sovet İttifaqından müstəqilliyini elan etdi", - deyə Z. Qross paylaşımında qeyd edib.