"20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir."
Bu fikri paytaxt məktəblisi Aydan Əliyeva Şəhidlər Xiyabanını valideynləri ilə ziyarət edərkən "İki sahil"ə bildirib.
"O müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də qəhrəmanlıq günü kimi daxil oldu.Biz qəhrəman oğullarımızla fəxr edirik. Onların ruhu qarşısında baş əyirik. Bu gün fəxrlə deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində bütün şəhidlərimizin qisasını aldılar. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!" deyə A.Əliyeva vurğulayıb.
Şəmsiyyə Əliqızı "İki sahil"
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib