Təqvim 20 Yanvar gününə yaxınlaşır. Bu o deməkdir ki, Azərbaycan xalqının tarixinə təkcə faciə deyil, həm də şərəf və ləyaqət səhifəsidir, qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş 20 Yanvar hadisələrindən 31 il keçir.
Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
20 Yanvar hadisələrinin 31-ci ildönümü əvvəlki illərdən fərqlənir. Bununla da, Azərbaycanın ən yeni tarixində ərazi bütövlüyümüz uğrundakı ilk şəhidlərin qanı yer qalmadı və qisası alındı.
“İki sahil” paytaxt sakinlərinin 20 Yanvar hadisələri haqqında fikirlərini sizlərə təqdim edir:
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib