18 yanvar 2021 15:06
1200

“Silinməz acı xatirələr”

11-18 yanvar 2021-ci il tarixlərdə  Salyan rayon Gənclər və İdman İdarəsinin və Salyan rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək, müstəqilliyimiz uğrunda canından keçmiş qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, istedadlı , yaradıcı gəncləri üzə çıxarmaq məqsədi ilə 20 Yanvar faciəsi gününə həsr edilmiş “Silinməz acı xatirələr” adlı onlayn inşa yazı müsabiqəsi keçirildi.

"İki sahil" xəbər verir ki, yekun nəticədə III yeri Kazımova Fidan  (Seyidsadıqlı kənd tam orta məktəbi) , II yeri Eyvazova Tamara (Peyk kənd tam orta məktəbi) , I yeri isə İsayeva Xanım (şəhər 1 saylı məktəb-lisey) qazandı. Mehdiyev Cahid ( Seydan  kənd ümumi orta məktəbi) , Rüstəmli Gülçin (şəhər 8 saylı tam orta məktəb) və Balayeva Nərgiz ( Aşağı Kürkənd kənd tam orta məktəbi) onlayn inşa yazı müsabiqəsinin fərqlənmiş iştirakçıları seçildilər. 18 yanvar 2021-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən “Silinməz acı xatirələr” adlı onlayn inşa yazı müsabiqəsinin  qalibləri və fərqlənmiş iştirakçıları diplomlarla təltif olundular.